BAKI, 20 aprel. TELEQRAF

İran Silahlı Qüvvələri ABŞ hərbi gəmilərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini bəyan edib.

Teleqraf xəbər verir ki, "Tasnim" agentliyinin yaydığı xəbərdə bildirilir ki, hücum ABŞ tərəfindən İran gəmisinin ələ keçirilməsinə cavab olaraq həyata keçirilib.

Qeyd olunub ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının nümayəndəsi açıqlama verib.

Bildirilib ki, ABŞ hərbçiləri Çin istiqamətindən Oman körfəzi ərazisinə doğru hərəkət edən İran gəmisini atəşə tutaraq onun naviqasiya sistemini sıradan çıxarıb.

Məlumatda qeyd olunur ki, buna cavab olaraq İran ABŞ hərbi gəmilərinə dronlarla hücum edib.

Eyni zamanda vurğulanıb ki, İran tərəfi ABŞ-nin “piratçılıq” və hücumlarına qarşı bundan sonra da cavab vermək niyyətindədir.