BAKI, 20 aprel. TELEQRAF

Livanın cənubunda yerləşən yaşayış məntəqəsində İsa Məsihin heykəlinə ziyan vurulması ilə bağlı iddialar yayılıb.

Teleqraf xəbər verir ki, bu barədə" Lebanon Debate" məlumat yayıb.

Məlumata görə, hadisənin Dibel ərazisində baş verdiyi bildirilir. İddialara əsasən, İsrail ordusunun hərbçisi heykələ zərər yetirib.

Bununla bağlı İsrail Müdafiə Qüvvələri açıqlama verərək qeyd edib ki, yayılan görüntülər təsdiqini taparsa, məsələ araşdırılacaq və müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, daha əvvəl İsrail ordusu Livanın cənubundakı bir sıra ərazilərə zərbələr endirib.