BAKI, 18 aprel. TELEQRAF
Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskini “Drujba” neft kəmərinə dəymiş ziyanla bağlı yalan məlumat yaymaqda ittiham edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel sessiyada çıxışı zamanı bildirib.
Nazir Avropa Komissiyasının Kiyevə 90 milyon avro kredit ayırmaq planını xatırladaraq, Macarıstanın Baş naziri Viktor Orbanın bu qərara qoşulmaq istəmədiyini qeyd edib.
Sergey Lavrov bildirib ki, Viktor Orban qərara yalnız “Drujba” boru kəməri bərpa edildikdən sonra qoşulacağını deyib. Ukrayna tərəfi hələ də kəməri açmayıb.