BAKI, 18 aprel. TELEQRAF

Hörmüz boğazından keçən neft üzərində nəzarət Amerikanın İrandakı əməliyyatının əsas məqsədlərindən biri olub.

Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, Rusiya neftindən imtina etmə siyasəti yürüdülür. Onun yerini ABŞ-dən gətirilən sıxılmış təbii qaz (LNG) aldı.

"Avropada neft və qaz tədarük olunur və ABŞ bu sahədə üstün siyasətlə məhsullarını daha yüksək qiymətlərlə satır. Berlin, Paris, London və daha sonra Brüsseldə isə belə deyilir ki, “aldığımız neft və qaz bahadır, bu xalqın rifahı üçün uyğun deyil, amma biz dözməliyik, yüksək missiya üçün buna qatlanmalıyıq”. Yəni Ukraynada azadlığı və demokratiyanı qorumaq üçün bunu etməliyik deyilir.

Çünki Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı müharibədə Avropanın maraqlarını müdafiə edir kimi təqdim olunur. Ona görə də “hansı dəyərlər?” sualı ortaya çıxır. Zelenskinin əsas dəyəri kimi Rusiyaya aid olan hər şeyin qadağan edilməsi göstərilir. Yəni mədəniyyət və media daxil olmaqla hər şeyə qadağa".