BAKI, 16 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin müharibənin sülh yolu ilə başa çatdırılmasında maraqlı olmadığını iddia edib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə “Newsmax” telekanalına müsahibəsində danışıb.

“Zelenski münaqişənin həllini istəmir. O, sülh istədiyini deyir, amma əslində bunu istəmir. Mən Zelenskinin böyük pərəstişkarı deyiləm”, – ABŞ lideri bildirib.

Tramp bununla da Ukrayna Prezidentinin müharibənin dayandırılması ilə bağlı mövqeyini tənqid edib.