BAKI, 16 aprel. TELEQRAF

Slovakiya Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyard avro məbləğində kreditin verilməsinin qarşısını almayacaq.

Teleqraf xəbər verir ki, bunu ölkənin xarici və Avropa işləri naziri Yuray Blanar deyib.

Ötən ilin dekabrında keçirilən zirvə görüşündə Aİ Avropa Komissiyanın Ukraynaya 2026-2027-ci illər üçün 90 milyard avroluq "təzminat krediti" ayırmaq planını təsdiqləyib. Bu pulun 30 milyard avrosu müharibənin növbəti iki ilində büdcə ehtiyacları üçün, 60 milyard avrosu isə silah alınması üçün nəzərdə tutulurdu.

Fevral ayında Budapeşt Kiyev üçün maliyyələşdirməni və Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin qəbulunu bloklayıb. Macarıstanın Baş naziri Viktor Orban vetonun ləğv edilməyəcəyini və Ukrayna “Drujba” boru kəməri vasitəsilə Rusiya neftinin tədarükünü bərpa edənədək ona kredit ayrılmasına yol verməyəcəyini bildirmişdi.