BAKI, 16 aprel. TELEQRAF
İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf İslam Respublikasının Livanda daimi atəşkəsə nail olmaq üçün fəal səylər göstərdiyini açıqlayıb və iki ölkənin təhlükəsizliyi arasında ayrılmaz əlaqə olduğunu vurğulayıb.
Teleqraf xəbər verir ki, bu barədə İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf İRNA agentliyinə müsahibəsində bildirib.
Qalibaf Livanlı həmkarı Nəbih Berri ilə telefon danışığı zamanı mülki şəxslərin və Hizbullah döyüşçülərinin ölümü ilə bağlı başsağlığı verib.
"İran düşmənini bütün münaqişə zonalarında daimi atəşkəs elan etməyə məcbur etmək üçün, o cümlədən İslamabadda keçirilən son görüşlər zamanı ciddi danışıqlar aparır. Bizim üçün Livanda atəşkəs İranda atəşkəs qədər vacibdir" - Qalibaf bildirib.