BAKI, 16 aprel. TELEQRAF
Macarıstanda parlament seçkilərində məğlub olan Fidesz-Macarıstan Vətəndaş Birliyi partiyasının tam şəkildə yenidən qurulmasına ehtiyacı var.
Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib.
"Tam yenilənmə zəruridir, çünki siyasi dövr başa çatıb. Partiya məğlubiyyətdən dərs çıxarmalı, kursunu dəyişməli və tam yenidənqurma aparmalıdır. Siyasətimizi əvvəlki kimi davam etdirə bilmərik".
Eyni zamanda, o, partiya lideri vəzifəsindən istefa verib-verməyəcəyi ilə bağlı suala birbaşa cavab verməyib. "Özümə gəldikdə isə, mənə etibar edin. Biz bu nəhəng vəzifəni yerinə yetirmək üçün buradayıq və bununla bağlı əsas vəzifələri yerinə yetirəcəyik", - deyə istefa verən Baş nazir əmin edib.