BAKI, 16 aprel. TELEQRAF

İtaliya, Böyük Britaniya, Fransa və Almaniya liderləri Hörmüz boğazında missiyanı müzakirə edəcəklər.

Teleqraf xəbər verir ki, İtaliyanın Baş naziri Ciorcia Meloni aprelin 17-də Parisdə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Almaniya Kansleri Fridrix Merzlə görüşəcərək Hörmüz boğazında azad gəmiçiliyin təmin olunmasını müzakirə edəcək.

Qeyd edək ki, bu müzakirələr ABŞ lideri Donald Trampla İtaliyanın Baş naziri Ciorcia Meloni arasındakı gərginlik fonunda keçiriləcək.