BAKI, 10 aprel. TELEQRAF

ABŞ-İsrail müharibəsi təxminən 4,25 milyon insanın qaçqın düşməsinə səbəb olub. İranda təxminən 3,2 milyon, Livanda isə bir milyondan çox insan münaqişə zamanı evlərini tərk edib.

Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının məlumatında bildirilir.

Qeyd edilir ki, İranda 2400, Livanda isə 1700 nəfər olmaqla təxminən 4100 nəfər həyatını itirib.

Dünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, 28 fevraldan bəri təxminən 45.700 nəfər yaralanıb. Bu rəqəmə həmçinin İsraildə İran hücumlarında yaralanan 7000 nəfər də daxildir.