BAKI, 10 aprel. TELEQRAF
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən 2026-cı ilin mart ayında 152 min ton taxıl və dənli bitkilər daşınıb.
ADY-dən Teleqraf-a verilən məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 18% artım deməkdir.
Tranzit rejimdə daşınmış analoji yüklərin həcmi martda 28 116 ton olub - 2025-ci ilin eyni dövrü ilə müqayisədə 27%, o cümlədən Şimal-Cənub dəhlizi üzrə 190%, Şimal-Qərb istiqamətində isə 3% artıb.