BAKI, 10 aprel. TELEQRAF

İran İsrailin Livana davam edən hücumları səbəbindən İslamabadda ABŞ-la danışıqları dəfələrlə təxirə salıb.

Teleqraf xəbər verir ki, bu barədə "Press TV" mənbəyə istinadən məlumat yayıb.

Xəbərə görə, İran nümayəndə heyətinin İslamabada səfəri Livana davam edən hücumlar səbəbindən bir neçə dəfə təxirə salınıb. İran İsrailin hücumları dayandırmamasının danışıqları poza biləcəyi barədə ABŞ-a xəbərdarlıq edib. Vaşinqton İsrailə Beyruta hücumlarını dayandırması üçün təzyiq göstərməyə məcbur olub.

Həmçinin bildirilib ki, İsrail Livanı bombalamağa davam edərsə, İran Pakistanda ABŞ ilə münaqişənin həlli və Tehranla Vaşinqton arasında razılığa gəlmək üçün danışıqları dayandıracaq.