BAKI, 10 aprel. TELEQRAF

İsrail Müdafiə Ordusu Livan ərazisində raket qurğularına qarşı yeni zərbələr endirib.

Teleqraf xəbər verir ki, ordunun yaydığı açıqlamada bildirilib ki, hücumların hədəfi İsrail ərazisinin atəşə tutulmasında istifadə olunan qurğular olub.

Qeyd olunub ki, zərbələr nəticəsində ümumilikdə 10 raket qurğusu məhv edilib. Bildirilir ki, həmin qurğulardan bir gün əvvəl İsrailin şimal bölgələrinə raketlər buraxılıb.

Açıqlamada həmçinin vurğulanıb ki, İsrail ordusu hazırda Livanda əlavə raket qurğularının aşkar edilərək məhv edilməsi istiqamətində əməliyyatları davam etdirir.