BAKI, 10 aprel. TELEQRAF

Şiə Hizbullah hərəkatı Livan hökumətinin mövqeyinə baxmayaraq, İsraillə müharibəni davam etdirəcək.

Teleqraf xəbər verir ki, bu barədə hərəkatın lideri Naim Qasem bildirib.

"Müqavimət son nəfəsimizə qədər davam edəcək. Birlikdə ölkəni müdafiə edəcəyik, suverenliyimizi bərpa edərək işğalçını qovacağıq".

Onun sözlərinə görə, İsrail ordusu Livandakı quru əməliyyatlarda məqsədlərinə çata bilməyib. O qeyd edib ki, 40 gün ərzində davam edən döyüşlərdə İsrail öz ərazisinə raket və pilotsuz təyyarə hücumlarının qarşısını ala bilməyib.