BAKI, 10 aprel. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Prezidenti Vladimir Putinin elan etdiyi pasxa atəşkəsinə münasibət bildirib.
Teleqraf xəbər verir ki, Zelenski Ukraynanın “güzgü prinsipi” ilə addım atmağa hazır olduğunu deyib. Bu barədə o, “Telegram” kanalında paylaşım edib.
“Biz güzgü addımlara hazırıq. Bu il pasxa bayramı dövründə atəşin dayandırılmasını təklif etmişdik və buna uyğun davranacağıq. İnsanlara təhlükəsiz Pasxa lazımdır”, - deyə Zelenski qeyd edib.
Bundan əvvəl Vladimir Putin pasxa atəşkəsi elan edib. Bildirilib ki, atəşkəs aprelin 11-i saat 16:00-dan 12 aprel gününün sonunadək qüvvədə olacaq. Rusiya qoşunlarına bütün istiqamətlərdə döyüş əməliyyatlarını dayandırmaq, eyni zamanda mümkün hücumlara qarşı hazır olmaq tapşırılıb.
Qeyd edək ki, 2025-ci ildə də Rusiya Ukraynada pasxa atəşkəsi elan etmişdi və həmin vaxt bu, üç gün davam etmişdi.