BAKI, 10 aprel. TELEQRAF
Vaşinqton administrasiyası məsləhətləşmələr zamanı İslam Respublikasında saxlanılan amerikalıların azadlığa buraxılmasını tələb etmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti məlumat yayıb.
Mənbələrə görə, ABŞ hakimiyyəti Pakistanda keçiriləcək danışıqlarda "İranda saxlanılan amerikalıların azad edilməsini tələb etmək niyyətindədir".
Nəşr qeyd edir ki, administrasiya rəsmilərinin bunu nə dərəcədə qətiyyətlə davam etdirəcəyi "qeyri-müəyyən" olaraq qalır. Danışıqlar gərgin keçərsə, bu tələb təxirə salına bilər.
Qəzetin hesablamalarına görə, ən azı altı amerikalı İranda həbsdədir.