İran və ABŞ arasında əsas danışıqlar şənbə günü (11 aprel) keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə "Əl-Hədəs" saytı məlumat yayıb.

Pakistan mediası isə İran nümayəndə heyətinin artıq ölkədə olduğunu açıqlayıb. Lakin bu barədə rəsmi məlumat yoxdur.

Yeri gəlmişkən, İslam Respublikasının Ali Liderinin Hindistandakı nümayəndəsi Əbdül Məcid Hakim İlahi bildirib ki, Pakistan paytaxtında danışıqlar iki-üç gün davam edə bilər.

Qərb mediasının yazdığına görə, İran nümayəndə heyyətinə İslam Respublikası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edir.