BAKI, 10 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Livanın iki həftəlik atəşkəs planına daxil edilməsi ilə bağlı mövqeyini dəyişib.
Teleqraf xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.
Bildirilir ki, ABŞ-nin mövqeyi İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığından sonra dəyişib.
Xatırladaq ki, bundan əvvəl İranın "Tasnim" agentliyi ABŞ-nin İsrailin Livana hücumlarını dayandırmayacağı təqdirdə İranla danışıqların başlamayacağını bildirmişdi.