BAKI, 10 aprel. TELEQRAF
İranın ali rəhbəri Müctəba Xameneinin müşaviri, Strateji Beynəlxalq Münasibətlər Şurasının rəhbəri Kamal Xərrəzi vəfat edib.
Teleqraf xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, Xərrəzi Tehranda baş verən bombardmanlardan biri zamanı aldığı ağır yaralar nəticəsində həyatını itirib. Qeyd olunub ki, o, daha əvvəl ABŞ və İsrailin hücumu nəticəsində yaralanmışdı.
Xatırladaq ki, aprelin 1-də “Al Hadath” telekanalı Xərrəzinin Tehrana endirilən zərbələr zamanı yaralandığını və vəziyyətinin kritik olduğunu bildirmişdi. Həmin vaxt İran rəsmiləri bu məlumatı şərh etməmişdi.