BAKI, 10 aprel. TELEQRAF
Fransa müttəfiqləri ilə regionda hərbi əməliyyatların bitməsindən sonra Hörmüz boğazındakı ticarət gəmilərini müşayiət etmək üçün hərbi missiya yaradılması plan üzərində işləyir.
Teleqraf xəbər verir ki, ölkənin xarici işlər naziri Jan-Noel Barrot "France Inter" radiosuna bildirib ki, Avropa ölkələri və digər tərəfdaşlar missiya planının hazırlanmasında iştirak edirlər.
Barrot qeyd edib ki, münaqişə tərəfləri razılığa gələrsə və müşayiət sistemi yaradılarsa, tankerlər boğazda yenidən təhlükəsiz şəkildə hərəkət edə biləcəklər:
"Bu işdə artıq əhəmiyyətli irəliləyiş əldə edilib. Prezident Emmanuel Makron əvvəllər təxminən 15 ölkənin belə bir missiyada iştirak etməyə hazır olduğunu bildirmişdi".
"Bild"in məlumatına görə, Berlin son günlərdə Boğazda birgə missiyaya fundamental hazırlığını açıqlayıb. Lakin Almaniya hökuməti hesab edir ki, bunun üçün müəyyən şərtlərə, məsələn, BMT-nin ciddi mandatına və davamlı atəşkəsə, hətta razılaşdırılmış atəşkəsə əməl olunmalıdır.