BAKI, 10 aprel. TELEQRAF
Hörmüz boğazı Amerika gəmiləri üçün açıqdır, lakin tranzit yalnız İranın xüsusi razılığı ilə və düşmənçilik hərəkətləri olmadığı təqdirdə mümkündür.
Teleqraf xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib.
Diplomat vurğulayıb ki, boğaz açıq olduğu müddətcə hər bir tanker və gəmi təhlükəsiz keçidi əvvəlcədən İran hakimiyyəti ilə razılaşdırmalıdır. Bu ABŞ gəmilərinə də aiddir. Hər hansı düşmənçilik davranışı istisna olmaqla, heç bir fərq yoxdur. Biz inanırıq ki, hazırda belə bir əlamət yoxdur, ona görə də hər kəs boğazdan adi qaydada keçə bilər".