BAKI, 9 aprel. TELEQRAF
İsrail və Livan arasında birbaşa danışıqlara hazırlıq görüşü 14 aprel çərşənbə axşamı günü ABŞ-da keçirilə bilər.
Teleqraf xəbər verir ki, bu barədə Livanın mədəniyyət naziri Qassan Selame bildirib.
Nazir xatırladıb ki, Livan iki ay əvvəl İsrailin Livan ərazisində Hizbullaha qarşı əməliyyatı ilə bağlı İsraillə birbaşa danışıqlar təklif edib: "Lakin İsraildən demək olar ki, hər gün bombardmanlardan başqa heç bir cavab gəlməyib. Bu gün bizim yeni bir vəziyyətimiz var və bunun təşəbbüskarı, şübhəsiz ki, Amerika tərəfi idi. Danışıqlar üçün hazırlıq görüşü çərşənbə axşamı Vaşinqtonda keçirilə bilr. Livan bu müzakirələrin sakit atmosferdə keçirilməsini gözləyir".
Selamenin sözlərinə görə, İran və ABŞ arasında 15 günlük atəşkəs Livan üçün uyğun olardı: "Biz sadəcə danışıqların bombardman altında deyil, sivil qaydada aparılmasını istəyirik. Silahlar susmalıdır ki, biz bir-birimizi eşidə bilər".