BAKI, 9 aprel. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Pasxa bayramı münasibətilə atəşkəs elan edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Atəşkəs 11 aprel saat 16:00-dan 12 aprel günün sonuna qədər qüvvədə olacaq. Moskva Ukrayna tərəfinin atəşkəsə əməl edəcəyinə ümid bəsləyir.