BAKI, 8 aprel. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərif ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Şahbaz Şərif sosial media hesabında paylaşım edib.
"Bu axşam əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğandan səmimi və mehriban telefon zəngi aldım. Pakistanın regional sülh naminə göstərdiyi səmimi səylərə verdiyi dəstəyə və ruhlandırıcı sözlərinə görə Prezident Ərdoğana minnətdaram", - Baş nazir qeyd edib.
Ş.Şərif həmçinin əlavə edib ki, Pakistan regionda davamlı sülhün təmin olunması istiqamətində Türkiyə də daxil olmaqla bütün dost və tərəfdaşlarla birgə yorulmadan çalışmağa davam edəcək.