BAKI, 1 aprel. TELEQRAF

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel aprelin 1-də Azərbaycana səfərə gəlib.

Teleqraf AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov, mədəniyyət nazirinin müavini Fərid Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.