BAKI, 31 mart. TELEQRAF

İraqda amerikalı jurnalist qaçırılıb.

Teleqraf xəbər verir ki, Daxili İşlər Nazirliyi Bağdadda xarici jurnalistin qaçırılmasında şübhəli bilinənlərdən birinin həbs olunduğunu açıqlayıb.

"Şübhəlilərdən biri həbs edilib və cinayətdə istifadə edilən nəqliyyat vasitələrindən biri müsadirə edilib. Qalan şəxslərin tapılması üçün səylər davam etdirilir", - deyə açıqlamada bildirilir.