BAKI, 31 mart. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkofla birbaşa mesaj mübadiləsi apardığını bildirib.

Teleqraf xəbər verir ki, Əraqçi bu barədə "Əl-Cəzirə"yə müsahibədə məlumat verib: "Əvvəlki kimi, mən birbaşa Uitkofdan mesajlar alıram, amma bu, danışıqlar apardığımız anlamına gəlmir. Bunlar danışıqlar deyil, sadəcə birbaşa və ya bölgədəki dostlarımız vasitəsilə mesaj mübadiləsidir".

Xarici işlər naziri bildirib ki, İran hələlik münaqişənin həlli ilə bağlı 15 maddəlik plana ABŞ-a rəsmi cavab göndərməyib və heç bir əks şərt irəli sürməyib.

Nazir qeyd edib ki, İran düşmənləri üçün bağlı olan Hörmüz boğazından dost gəmilərinin təhlükəsiz keçidini təmin etmək üçün bütün tədbirləri görüb: "İran istənilən quru əməliyyatına hazırdır, lakin ümid edir ki, düşmən səhv hesablamalara yol verməyəcək".