BAKI, 31 mart. TELEQRAF

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Tehrandakı ofisi şəhərə edilən hücumlar nəticəsində zərər görüb.

Teleqraf xəbər verir ki, bu barədə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus məlumat yayıb.

Hücum nəticəsində xəsarət alan olmasa da, ofisin pəncərələri sınıb.

Qebreyesus vurğulayıb ki, ÜST və digər BMT agentliklərinin yerləşdiyi yerlər dövlətlərə yaxşı məlumdur: "Bu cür hücumlar qəbuledilməzdir və hər nəyin bahasına olursa olsun qarşısı alınmalıdır".