Rusiya Prezidenti Vladimir Putin BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla telefonla danışıb.

Teleqraf xəbər verir ki, söhbət zamanı iki lider Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin pisləşməsindən narahatlıqlarını ifadə ediblər.

Bəyanatda deyilir: "Telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin davam edən pisləşməsi, mülki əhalinin ölümü və mülki infrastrukturun dağıdılması ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər".

Onlar həmçinin regionda hərbi əməliyyatların tez bir zamanda dayandırılmasının vacibliyini vurğulayıblar. "