ABŞ və İsrail bu gün Tehrandakı Tofiq Darou əczaçılıq şirkətinə hava hücumu həyata keçirib .
Teleqraf xəbər verir ki, bu barədə "İRNA" agentliyi məlumat yayıb.
"Bu şirkət illərdir xərçəng və nadir xəstəliklərin müalicəsi üçün dərmanlar istehsal edir və sınaqdan keçirir" - məlumatda qeyd edilir.
Dünən İranın xarici işlər naziri Abbas Əraqçi sosial mediada yazmışdı ki, İsrail açıq şəkildə və utanmadan İranın əczaçılıq şirkətlərini bombalayır.