BAKI, 31 mart. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ-nin İKT və süni intellekt şirkətlərini vuracağını bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı bəyanatda qeyd olunur: "Terror fəaliyyətlərini dayandırmaq üçün dəfələrlə etdiyimiz xəbərdarlıqlara məhəl qoymadınız. Bu gün sizin və müttəfiqiniz İsrailin terror hücumları nəticəsində bir neçə İran vətəndaşı şəhid olub. Terror hədəflərinin hazırlanmasında və izlənilməsində rol oynayan şirkətləriniz bundan sonra qanuni hədəflər hesab ediləcək. Bu qurumların işçilərinə dərhal iş yerlərini tərk etmələri tövsiyə olunur. Regionun bütün ölkələrində bu terrorçu şirkətlərin yaxınlığında yaşayan sakinlərə bir kilometr radiusda ərazini tərk etmələri və təhlükəsiz yerə köçmələri tövsiyə olunur".

SEPAH bəyan edib ki, İrana hücumda fəal iştirak edən şirkətlər hər bir qətlə cavab olaraq qisas tədbirlərinə məruz qalacaqlar.

Hədəf alınan şirkətlər isə bunlardır. "Cisco", "HP", "Intel", "Oracle", "Microsoft", "Alma", "Google", "Meta", "IBM", "DEL", "Plantier", "Nvidia",
"Morqan", "Tesla", "GE", "Spire həlli", "G42", "Boeing".