BAKI, 31 mart. TELEQRAF

Türkiyənin xarici işlər naziri Hakan Fidan HƏMAS-ın Siyasi Bürosunun üzvü Xəlil Əl Hayyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, görüş Ankarada baş tutub.

Qeyd edək ki, martın 23-də Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın da İstanbulda HƏMAS Siyasi Bürosunun üzvləri ilə görüşüb. Görüşdə Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsi ilə bağlı ətraflı müzakirə aparılıb.