BAKI, 31 mart. TELEQRAF
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində Bolqarıstan yığması ilə üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Plovdiv şəhərində baş tutan qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Matçı ukraynalı FIFA referisi Denis Şurmanın idarə edib.
Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran millimiz 5-ci pillədə qərarlaşır.
Qeyd edək ki, U-21 qrupda növbəti oyununu sentyabrın 25-də evdə Çexiya yığmasına qarşı keçirəcək.