BAKI, 31 mart. TELEQRAF
İran Rusiyaya Rusiya gəmilərinin Hörmüz boğazından keçməsi ilə bağlı heç bir problem olmadığını bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın İrandakı səfiri Aleksey Dedov "RTVI" yə verdiyi müsahibədə bildirib .
"Hörmüz boğazından təhlükəsiz keçidlə bağlı İran hakimiyyəti ilə daim əlaqə saxlayırıq. Tərəfdaşlarımız bizə Rusiya gəmilərinin keçidinə zəmanət veriblər. Təhlükəsizlik məsələləri İran tərəfi ilə razılaşdırıldıqdan sonra gəmilər keçə bilərlər".