BAKI, 31 mart. TELEQRAF
Hörmüz boğazının yenidən açılması fonunda ABŞ qoşunlarını geri çəkməyə hələ tam hazır deyil.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "CBS News"a müsahibəsində bildirib.
Tramp deyib: "Nə vaxtsa mən bunu edəcəyəm, amma hələ ki, yox. Digər ölkələr müdaxilə etməlidir. İran məğlub olub, amma onlar müdaxilə etməli və öz işlərini görməlidirlər".
O, Hörmüz boğazında real təhlükə olmadığını bildirib: "NATO dəhşətlidir və hamısı dəhşətlidir. Onlar kömək etmək istəmirdilər. Əgər onlara neft lazımdırsa, gəlib onu götürsünlər. Heç bir real təhlükə, əhəmiyyətli bir təhlükə yoxdur, çünki İran məğlub olub".
Hərbi əməliyyatının nə vaxt başa çata biləcəyinə gəldikdə isə Tramp belə cavab verin: "Bu, tezliklə baş verəcək. Biz cədvəldən iki həftə qabaqdayıq".