BAKI, 31 mart. TELEQRAF
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun may ayında Nyu-Dehliyə səfər edərək BRİKS ölkələrinin XİN rəhbərlərinin görüşündə iştirak edəcəyi gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirinin müavini Andrey Rudenko "TASS"a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Sergey Lavrov 14-15 may tarixlərində keçiriləcək BRİKS-in nazirlər səviyyəli görüşündə iştirak etməyi planlaşdırır. Görüşün yekunlarına əsasən Hindistanın sədrliyi ilə hazırlanacaq yekun sənədlərin ümumi çərçivəsi və tərkibi müəyyənləşdiriləcək və daha sonra BRİKS sammitinin müzakirəsinə təqdim olunacaq.