BAKI, 30 mart. TELEQRAF
İsrail ordusu İranın paytaxtı Tehranda hərbi infrastruktura qarşı genişmiqyaslı hava zərbələri endirdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Açıqlamada qeyd olunub ki, ordunun aviasiyası Tehranın müxtəlif ərazilərində yerləşən hərbi infrastruktur obyektlərini hədəfə alır.