BAKI, 30 mart. TELEQRAF
İsrailin cənubunda İranın ballistik raketinin qalıqlarının düşməsi nəticəsində kimya zavodunda yanğın baş verdiyi bildirilib.
Teleqraf xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb.
İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, raket birbaşa sənaye zonasına düşməyib. Lakin raketin qalıqlarından biri zavodun binalarından birində yanğına səbəb olub.
Məlumata əsasən, yanğın nəzarət altına alındıqdan sonra Ətraf Mühitin Mühafizəsi Nazirliyi əhali üçün hər hansı təhlükənin olmadığını açıqlayıb.
Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilib.