BAKI, 29 mart. TELEQRAF

"Polisin öz vəzifələrini yerinə yetirməsi üçün əlavə təlimatlara ehtiyacı yoxdur".

Teleqraf xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan kilsədə baş verən hadisəyə münasibət bildirərkən deyib.

O, digər sualları cavablandırmayıb.

Qeyd edək ki, hadisə ilə bağlı iki nəfər həbs edilib.

***

12:53

Ermənistanın Baş naziri Nikol Paşinyanın İrəvandakı Müqəddəs Anna kilsəsində ibadət zamanı iştirakı insidentlə nəticələnib.

Bu barədə Teleqraf Ermənistan KİV-ə istinadən xəbər verir.

Məlumata görə, baş nazir kilsəni tərk edərkən dindarların arasından keçib. Bu zaman mərasim iştirakçılarından biri baş nazirin mühafizəçisinə "mənə elə baxmağa cürət etmə" deyərək etirazını bildirib. Digər bir şəxs isə arxadan təhlükəsizlik xidmətinin əməkdaşına zərbə endirməyə cəhd edib.

Hadisə yerində qısa müddətli gərginlik yaşansa da, mühafizə xidməti baş nazirin ərazidən uzaqlaşdırılmasını təmin edib. Saxlanılanların olub-olmaması barədə hələlik rəsmi məlumat verilməyib.