BAKI, 26 mart. TELEQRAF
İran hərbi eskalasiya baş verəcəyi təqdirdə Bab əl-Məndəb boğazı üçün real təhlükə yarada bilər.
Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Qeyd olunur ki, əgər qarşı tərəf İran adalarında və ya ölkə ərazisinin digər hissələrində hərbi əməliyyatlara başlasa, Tehran yeni cəbhələr aça bilər.
“Əgər qarşı tərəf İran adalarında və ya torpaqlarımızın digər hissələrində quru əməliyyatlarına başlamaq istəsə, biz onun üçün gözlənilməz digər cəbhələr açacağıq ki, bu addımlar ona fayda gətirməsin və xərclərini ikiqat artırsın”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, daha əvvəl Yəmən ABŞ və İsrail üçün Bab əl-Məndəb boğazını bağlamaqla hədələmişdi.
Sonradan Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatının nümayəndəsi Məhəmməd əl-Buxeyti husilərin İrana dəstək məqsədilə bu boğazı bloklamağa hazır olduqlarını açıqlayıb.