BAKI, 26 mart. TELEQRAF

ABŞ Silahlı Qüvvələri Karib hövzəsində narkotik qaçaqmalçılığı üçün istifadə edildiyi ehtimal olunan gəmiyə zərbə endirib.

Teleqraf xəbər verir ki, hadisə nəticəsində dörd nəfər həlak olub. Məlumatı ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı yayıb.

Açıqlamada qeyd olunur ki, martın 25-də Cənub Komandanlığının rəhbəri Frensis Donovanın əmri ilə “Cənub nizəsi” birgə operativ qrupu sözügedən gəmiyə ölümcül zərbə endirib.

“Toplanmış kəşfiyyat məlumatları təsdiqləyib ki, gəmi Karib hövzəsində narkotiklərin qaçaqmalçılığı üçün istifadə olunan marşrutlar üzrə hərəkət edib və narkotik daşınmasında istifadə olunub”, - deyə məlumatda vurğulanıb.