BAKI, 26 mart. TELEQRAF

İsrailin xarici işlər naziri Gideon Saar bütün ölkələri İran səfirlərini öz ərazilərindən çıxarmağa çağırıb.

Teleqraf xəbər verir ki, nazir bu mövqeyini İsraildə akkreditə olunmuş xarici diplomatik nümayəndəlik rəhbərləri üçün videobağlantı vasitəsilə keçirilən brifinqdə səsləndirib.

O qeyd edib ki, dövlətlər Livanın nümunəsini izləməlidir. Livan Xarici İşlər Nazirliyi daha əvvəl İranın bu ölkədəki səfiri Məhəmməd Rza Şeybanini ölkənin daxili siyasətinə müdaxilə səbəbilə “persona non qrata” elan edib.

Məlumata görə, Livan tərəfi iranlı diplomatın martın 29-dək Beyrutu tərk etməsini tələb edib.

Bununla yanaşı, İrana yaxın şiə təşkilatı olan “Hizbullah” bu qərarı Livanın milli maraqlarına xidmət etməyən düşünülməmiş addım kimi qiymətləndirib.