BAKI, 25 mart. TELEQRAF
Ağ Ev ABŞ Prezidenti Donald Trampın İranla sülhə üstünlük verdiyini, lakin hərbi əməliyyatları davam etdirməyə hazır olduğunu iddia edir.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt müntəzəm mətbuat brifinqində bildirib.
O qeyd edib ki, prezident həmişə sülhə üstünlük verir, daha çox insan itkisinə və dağıntıya ehtiyac yoxdur.
"Lakin İran mövcud reallığı qəbul etməsə, əziyyət çəkdiklərini və hərbi məğlubiyyətə uğramağa davam etdiklərini başa düşməsə, Donald Tramp əvvəlkindən daha çox zərbə alacaqlarını təmin edəcək", - o vurğulayıb.