BAKI, 26 mart. TELEQRAF
Koreya Xalq Demokratik Respublikasının lideri Kim Jong Un Belarus prezidenti Alexander Lukashenko ilə Pxenyanda görüş keçirib.
Teleqraf xəbər verir ki, görüş Pxenyandakı Kim İr Sen meydanında keçirilən rəsmi qarşılama mərasimi çərçivəsində baş tutub. Məlumatı Koreyanın Mərkəzi Teleqraf Agentliyi yayıb.
Qeyd olunur ki, Belarus nümayəndə heyətinin tərkibinə baş nazirin müavini Yuri Şuleyko, xarici işlər naziri Maksim Rijenkov, səhiyyə naziri Aleksandr Xodjayev, təhsil naziri Andrey İvanets və sənaye naziri Andrey Kuznetsov daxildir.
Məlumata görə, tərəflərin martın 26-da “Kımsusan” iqamətgahında danışıqlar aparacağı gözlənilir.