BAKI, 25 mart. TELEQRAF
Tramp administrasiyası danışıq elanları ilə məğlubiyyətini etiraf edib.
Teleqraf "Tasnim" xəbər agentliyinə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
"Onların danışıqlardan danışması məğlubiyyətin etirafıdır. Məgər əvvəllər qeyd-şərtsiz təslim olmağı tələb etmirdilərmi? Bəs niyə indi rəsmilərini danışıqlara səfərbər edirlər?", - deyə o bildirib.
Onun sözlərinə görə, ABŞ müxtəlif vasitəçilər vasitəsilə İrana mesajlar göndərir, lakin bu, Tehranın Vaşinqtonla danışıqlar apardığı anlamına gəlmir.