BAKI, 26 mart. TELEQRAF
İran ABŞ və İsraillə mümkün atəşkəs razılaşmasına Livanın da daxil edilməsini istəyir.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" regiondakı mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Tehran Livanı prioritet hesab edir və 2024-cü ildə əldə olunan atəşkəsdən sonra baş verənlər kimi İsrail tərəfindən pozuntuların təkrarlanmasına yol vermək istəmir.
Agentlik qeyd edir ki, burada İsrailin atəşkəsə baxmayaraq Livana endirdiyi zərbələr nəzərdə tutulur.
Qeyd edək ki, daha əvvəl İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi Eyal Zamir Livanda hədəfli quru əməliyyatlarının planını təsdiqləyib.
Daha sonra İsrail ordusunun rəsmi nümayəndəsi Efi Defrin İrana və “Hizbullah”a qarşı döyüşlərin bir neçə həftə daha davam edəcəyini bildirib.