BAKI, 26 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp sələfi Co Bayden üzərində parodiya nümayiş etdirib.
Teleqraf xəbər verir ki, Tramp respublikaçılarla görüşdə Baydenin səhnədə yolunu itirməsini canlandırıb.
O bildirib ki, Bayden prezident olduğu dövrdə səhnədən düşməkdə və pillələri tapmaqda çətinlik çəkirdi.
“İnsanlara bu lazım deyil, onlara pillələri tapa bilən prezident lazımdır”, - deyə Tramp vurğulayıb.
Qeyd olunur ki, o, çıxışı zamanı Baydenin ictimai tədbirlərdə çaşqınlıq yaşadığı epizodlara istinad edərək bunu səhnədə canlandırıb.
Xatırladaq ki, fevralın sonunda Bayden Cənubi Karolinada çıxışdan sonra pilləkənlə enərkən köməyə ehtiyac duymuşdu.