BAKI, 25 mart. TELEQRAF
Avropa İttifaqı (Aİ) və Çin iki ildən sonra ilk hərbi məsləhətləşmələrini keçiriblər. Görüş zamanı digər məsələlərlə yanaşı, Ukrayna, İran və Cənubi Çin dənizindəki münaqişələr barədə fikir mübadiləsi aparılıb.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin TASS-a verdiyi açıqlamada bildirilib.
Avropa Xarici İşlər Xidməti Çin rəhbərliyini Brüssel və Kiyev arasında razılaşdırılmış şərtlər əsasında müharibəyə son qoymaq üçün Rusiyaya "təsir göstərməyə" çağırdığını və həmçinin Cənubi Çin dənizində və Tayvan boğazında "sabitliyin və naviqasiya azadlığının təmin edilməsi" üçün Çinin məsuliyyətini vurğuladığını bildirib.