BAKI, 26 mart. TELEQRAF

Rusiya prezidenti Vladimir Putin Ukraynanın Kursk vilayətindən aparılmış mülki şəxsləri hərbçilərlə dəyişməyə cəhd etdiyini bildirib.

Teleqraf xəbər verir ki, dövlət başçısı bu barədə Mədəniyyət Şurasının iclasında danışıb.

“Kiyev hakimiyyəti hələ də Kursk vilayətindən zorla aparılmış bəzi mülki şəxsləri saxlayır və onları hərbçilərlə dəyişməyə çalışır”, - deyə Putin vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Ukraynada saxlanılan Kursk vilayətinin üç sakini geri qaytarılıb.

Məlumata görə, Rusiyanın ombudsmanı Tatyana Moskalkova Ukraynanın daha yeddi Kursk sakininin saxladığını bildirib.