BAKI, 26 mart. TELEQRAF

"Atəşkəs razılaşması üçün İran ABŞ-dən aydın zəmanət almalıdır; əks halda, bu atəşkəs mənasız olacaq".

Teleqraf "Tasnim" xəbər agentliyinə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Nazir vurğulayıb ki ABŞ bu münaqişədən dərs çıxarmalı və bir daha ölkəmizə hücum etməyi düşünməməlidir.

"Biz müharibənin bitməsini istəyirik və şərtlərimizlə..."

Əraqçi əlavə edib ki, regional xarici işlər nazirləri atəşkəsi müzakirə etmək üçün Tehranla əlaqə saxlasalar da, indiyə qədər heç bir danışıqlar aparılmayıb.